Qalereya










Fotoqalereya

«SİMURQ» AZƏRBAYCAN MƏDƏNİYYƏT ASSOSİASİYASI HAQQINDA

Əziz ziyarətçi!
«Simurq» Azərbaycan Mədəniyyət Assosiasiyası mədəniyyət sahəsində respublikada yeni tipli çoxsahəli ilk qeyri-hökümət təşkilatıdır.
Assosiasiya respublika ziyalılarının görkəmli nümayəndələrinin təşəbbüsü, Azərbaycan Elmlər Akademiyası tərəfindən dəstəklənən tarix elmləri doktoru F. Məmmədovun kulturoloji konsepsiyası əsasında 1990-cı üin aprel ayında yaradılmışdır. Assosiyasiyanın missiyası Azərbaycanda sosial-mədəni tərəqqiyə, elmin, təhsilin və maarifin, ilk növbədə, kulturologiyanın inkişafına elmi yardım göstərməkdən, Azərbaycan elmini və mədəniyyətini xaricdə təbliğ etməkdən ibarətdir.
Assosiasiyanın əsas məqsədlərindən biri dünya mədəniyyətinin və sivilizasiyasının mütərəqqi tarixi inkişaf təcrübəsini sistemli kulturoloji şəkildə tədqiq etmək və onu Azərbaycan cəmiyyətinin və dövlətinin demokratikləşdirilməsi və modernləşdirilməsi, rəqabətədözümlü, sabit və təhlükəsiz inkişafı, eləcə də beynəlxalq mədəni əməkdaşlıq üçün yaradıcı şəkildə istifadə etməkdir.
Assosiasiyanm fəaliyyətinin elmi əasları, mədəniyyətə sülhü, intellektual və sosial tərəqqini təmin edən insanın yaradıcı həyat fəaliyyəti kimi baxan müasir kulturoloji konsepsiya və metodologiya üzərində qurulmuşdur.
Assosiasiya Azərbaycanın milli mənafeyinə uyğun  modernləşməsinə olan tələbata əsaslanaraq, sistemli kulturoloji tədqiqatlar əsasında mədəniyyət sahəsində mütərrəqi islahatların həyata keçirilməsi üzrə idarəetmə orqanları  üçün nəzərdə tutulmuş praktiki tövsiyələr hazırlayır və nəşr etdiri. Assosiasiya dünya və Azərbaycan mədəniyyətinin və sivilizasiyasının tarixi və nəzəriyyəsi üzrə bir sıra monoqrafiyalar, kitablar və məcmuələr, yüzlərlə elmi məqalələr dərc etmişdir. Nəşr olunmuş əsərlərdən, xüsusi ilə, «Kulturologiya» dərs vəsaitini, «Kulturologiya effektiv həyata və fəaliyytə aparan yol kimi» monoqrafiyasını, «Norveçin mədəniyyəti dünya sivilizasiyası kontekstində», «Azərbaycanda yeni mədəniyyət siyasətinə yardım», «Sülh mədəniyyəti nədir?», «Dönüş mərhələsində qlobal idarəetmə: dəyişən düııyada sülhün qorünmasma innovasiya yanaşmaları» kitablarmı, «Mədəniyyət və cəmiyyət», «Mədəniyyət və Azərbaycan gəncləri» məcmuələrini göstərmək olar.
Assosiasiyanın çap etdirdiyi kitablar «Humay» və «İntellekt» Milli İctimai mükafatları ilə təltif edilmişdir, Rusiyanın Pedaqoji və Sosial Elmlər Akademiyası və «İntellektual İnkişaf Problemləri» Beynəlxalq Elmlər Akademiyası tərəfindən yüksək qiymətləndirilmişdir. Onlardan bəziləri Azərbaycanda istifadə edilmoklə yanaşı BMT-nin, ABŞ-ınn Konqressinin, Roma Klubunun, Sorbonn və İNALKO (FRANSA), Rusiyanın, Almaniyanın, Böyük Britaniyanın, Kanadanın, Bolqarıstanın, İtaliyanın, eləcə də dünyanın müxtəlif ölkələrinin məşhur alimlərinin şəxsi kitabxanalarmda da istifadə edilir.
2000-ci ildə Assosiasiya Avropa Şurasının  mədəniyyət siyasəti üzrə məlumatlar bazasına daxil edilmiş və BMT-nin nəzdində fəaliyyət göstərən Qeyri-hökumət təşkilatlarının Ümumdünya Asso-siyasiyasma üzv qəbul edilmişdir. Assosiasiyanın 100 qədər üzvü Sülhün səfiri («Ambassador for Peace») beynəlxalq fəxri adla təltif edilmişdir.
1990-cı ildən fəaliyyət göstərən «Mədəniyyət və cəmiyyət» adlı daima fəaliyyət göstərən kulturoloji seminar çərçivəsində, Bakıda və Azərbaycanm rayonlarmda əhalinin müxtəlif təbəqələrindən minlərlə mütəxəssisin və dinləyicinin və xarici mütəxəssislərin iştirak etdiyi 200-dən artıq elmi və maarifləndirici seminar, konfrans, dəyirmi masa, fokus qrup, treninq keçirilmişdir.
Assosiasiya sosial-mədəni tərəqqinin, sülhün, mədəniyyətin idarəedilməsinin və beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş bir sıra layihələr yerinə yetirmişdir. Onlardan ABŞ-dan, Rusiyadan, Yaponiyadan, Fransadan, Norveçdən olan mütəxəssislərin iştirakı ilə həyata keçirilmiş «Azərbaycan Respublikasında üçüncü sektor» (Bakı, 1996), «Demokratiya mədəniyyəti və BMT» (Bakı, 1997), «Norveç mədəniyyəti dünya sivilizasiyası kontekstində», (Bakı, 2000), «Azərbaycanda yeni mədəniyyət siyasətinin formalaşmasına yardım» (Bakı, 2001), «Sülh və qlobal idarəetmə mədəniyyəti» (Bakı, 2003) və başqalarını qeyd etmək olar.
Kulturologiya sahəsində tədqiqatlarm genişləndirilməsi və milli mədəniyyətin demokratikləşdirilməsi məqsədi ilə 90-cı illərin sonunda assosiasiya tərəfindən Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumu, eləcə də Azərbaycan QHT Forumu təsis edilmişdir.


Fuad Məmmədov,
tarix elmləri doktoru,
Azərbayçan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru,
«Simurq» Azərbaycan Mədəniyyət
Assosiasiyasının prezidenti